İsraildə raket hücumu nəticəsində həlak olan soydaşımızla bağlı TƏFƏRRÜATLAR - FOTO

Hazırda oxunan: İsraildə raket hücumu nəticəsində həlak olan soydaşımızla bağlı TƏFƏRRÜATLAR - FOTO

600791

Xəbər verdiyimiz kimi İsrail ərazisinə 9 mart tarixində həyata keçirilmiş raket hücumu nəticəsində soydaşımız Murtuzov Amid Əligüllah oğlu həlak olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, 1986-cı il təvəllüdlü olub və Cəlilabad rayonunun Həsənabad kəndində doğulub.
 

Məlumata görə, Murtuzov və həmkarları yeni tikilən bir binaya baxış keçirərkən qəfil raket atəşi baş verib. Hadisə zamanı hava həyəcan siqnalı verilmədiyi üçün onlar sığınacağa çatmağa imkan tapmayıblar.


Amil Murtuzov üç övlad atası idi və 20 ildir ki, tikinti sektorunda çalışaraq İsrail vətəndaşlığı almışdı. O, ailəsi tərəfindən vətəndaşı olduğu ölkədə də dəfn edilib.

Qeyd edək ki, hadisə Yehud şəhəri ərazisində tikinti sahəsində baş verib. Amid Murtuzov İsrailin Petax Tikva şəhərinin sakini idi və ailəsi ilə birlikdə uzun illər əvvəl İsrailə miqrasiya edərək burada yaşayırdı.


Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin