Tovuzda təcili tibbi yardım maşını qəzaya düşdü: Xəsarət alan var – FOTO

Hazırda oxunan: Tovuzda təcili tibbi yardım maşını qəzaya düşdü: Xəsarət alan var – FOTO

600740

Tovuzda baş verən yol-nəqliyyat hadisəsi zamanı feldşer xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Aşagı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, Qovlar şəhərinə çağırışla əlaqədar yardıma gedən "UAZ" markalı təcili tibbi yardım avtomobili hərəkətdə olan "VAZ 21011"lə toqquşub.
 

Hadisə zamanı TTY-nin feldşeri, 1990-cı il təvəllüdlü Elvina İsazadə müxtəlif dərəcəli xəsarət alıb. Dərhal onu digər təcili yardım vasitəsinin köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırıblar.


Ona ilkin tibbi yardım göstərilib, hazırda xəstənin vəziyyəti stabildir. Hadisə yerinə YPX cəlb olunub, araşdırma aparılır.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin