Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR

Hazırda oxunan: Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR

600724

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması halları ilə əlaqədar araşdırma aparır.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, araşdırma rəqabət orqanının öz təşəbbüsü ilə başladılıb.

Qeyd olunub ki, Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtda rəqabət orqanına təqdim edilməməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarına görə araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin