Daha 21,1 min məcburi köçkünün müavinəti KƏSİLDİ

Hazırda oxunan: Daha 21,1 min məcburi köçkünün müavinəti KƏSİLDİ

600661

Dövlətdən vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin sayı azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Nazirlər Kabineti yayıb.

Rəsmi məlumata görə, 2025-ci ilin sonuna vahid aylıq müavinət alan keçmiş məcburi köçkünləri sayı 387,3 min nəfər təşkil edib ki, bunlardan da 44,8 min nəfər 33 manat, 342,5 min nəfər isə 60 manat alanlar olub.
 

2025-ci ildə məcburi köçkünlərin siyahılarında aparılmış dürüstləşmələr nəticəsində müavinət alanların sayı 21,1 min nəfər azalıb.


Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonra 3 il ərzində malik olduqları imtiyazlardan istifadə edə, vahid aylıq müavinət ala bilirlər. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin