İranın sabiq ali lideri Əli Xameneinin uzun illər mühafizəçilərindən biri olmuş Məhəmmədrza Səqfifar öldürülüb.
Bizim.Media bu barədə İran mediasına istinadən xəbər verir.
Məlumata görə, o, İran liderinin ofisinə edilən hücumun ilk günü həyatını itirib.
Bildirilir ki, Səqfifar uzun illər Xameneinin yaxın mühafizə çevrəsinə daxil olub və ali rəhbərin aparatına bağlı etibarlı şəxslərdən biri hesab edilirdi.
Həmin hücum zamanı təhlükəsizlik xidmətinin daha bir neçə əməkdaşının da öldüyü və yaralandığı qeyd olunur.
Lakin hadisə nəticəsində ümumilikdə neçə nəfərin zərər gördüyü barədə dəqiq məlumat açıqlanmayıb.
Bizim.Media






























































































