Gəncədə 7 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "VAZ 21010" ilə "Hyundai" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 2006-cı il təvəllüdlü A.Rəhimov, 2007-ci il təvəllüdlü İ.Yusibov, 2009-cu il təvəllüdlü Ə.Bağırov, 2009-cu il təvəllüdlü N.Musazadə, 2011-ci il təvəllüdlü A.Musazadə, 1975-ci il təvəllüdlü A.Musazadə və 1977-ci il təvəllüdlü V. Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, bəzilərinin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu






























































































