Ailə 18 yaşlı iflic övladı üçün niyə müavinət ala bilmir? - VİDEO

Hazırda oxunan: Ailə 18 yaşlı iflic övladı üçün niyə müavinət ala bilmir? - VİDEO

600577

Cəlilabad rayonunun Seyidbazar kəndində yaşayan Abdullayevlər ailəsinin 18 yaşlı üzvü Afiq Abdullayev anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkir.

Bizim.Media xəbər verir ki, o, uzun illər ana himayəsində olmaqla əlillik müavinəti alıb. 18 yaşı tamam olduqdan sonra isə müavinətin alınmasında müəyyən çətinliklər yaranı.

Ailə başçısı Dünyamalı Abdullayev Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumlardan kömək istəyib:

"2010-cu ildən Afiqə pensiya təyin olunub. Ananın saxlamaq haqqı ilə birlikdə 670 manat alırıq. İndiyə qədər pensiyanı ana himayəsində alırdıq. İki aydır ki, Afiqin 18 yaşı tamam olduğuna görə pensiya kartını götürə bilmirik.

Uşaq qol çəkə bilmir, özünü idarə edə bilmir, danışa, yeriyə və otura bilmir. Buna görə də kartı götürmək mümkün olmur. Bizə deyirlər ki, məhkəməyə müraciət etməliyik, dövlət rüsumu ödəməliyik, vəkil tutmalıyıq və məhkəmə qətnaməsi olmalıdır. Bundan sonra kartı götürə bilərik.
 

Cəlilabad Rayon İcra Hakimiyyətində də olmuşam, məhkəməyə də müraciət etmişəm. Fevralın 2-də bir gün ərzində səkkiz dəfə məhkəməyə getmişəm. Məni notariusa göndəriblər, notarius yenidən icra hakimiyyətinə, icra hakimiyyəti isə yenidən məhkəməyə yönləndirib. Yəni hər qurum məsuliyyəti digərinin üzərinə atır.


Həmçinin deyirlər ki, uşaq Maştağaya aparılmalıdır. Halbuki xəstəxana tərəfindən rəy verilib və ömürlük əlil olduğu təsdiqlənib. Serebral iflic xəstəsi olan uşağın Maştağada nə işi var? Dövlət məmurlarından xahiş edirəm ki, belə uşaqlara nəzarət etsinlər".

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, ailənin üzləşdiyi çətinliklə bağlı yaxın günlərdə müvafiq köməklik göstəriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin