Qazaxıstanın 3 diplomatik nümayəndəsi İrandan Azərbaycana gəldi - FOTO

Hazırda oxunan: Qazaxıstanın 3 diplomatik nümayəndəsi İrandan Azərbaycana gəldi - FOTO

600335

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam edir.

Bildirilib ki, təxliyə çərçivəsində Qazaxıstanın 3 diplomatik nümayəndəsi sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Bizim.Media xəbər verir ki, bundan əlavə, səhər saatlarında Rusiyanın 8 vətəndaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə edilərək Azərbaycana keçib.
 

Təxliyə olunan şəxslər müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsiz şəkildə ölkə ərazisinə buraxılıblar.


Qeyd edək ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər aidiyyəti qurumların nəzarəti altında müvafiq prosedurlara uyğun şəkildə həyata keçirilir.




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin