Göyçayda bir gənc maraqlı təşəbbüsü ilə diqqət çəkib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Göyçaydan olan gənc Davud Tarverdiyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə zəhmətkeş xanımları sevindirib.
O, küçələrin təmizliyi ilə məşğul olan xanımlara gül bağlaması hədiyyə edərək onları Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. 23 yaşlı gənc Davud Tarverdiyevin bu addımı ətrafdakı insanlar tərəfindən rəğbətlə qarşılanıb. Onun bu təşəbbüsü sosial şəbəkələrdə də müsbət qarşılanaraq, nümunəvi davranış kimi qiymətləndirilib.
Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif şəxslər və təşkilatlar tərəfindən xanımlara diqqət və qayğı göstərən aksiyalar keçirilir.
Gəncin həyata keçirdiyi bu təşəbbüs də həmin nümunələrdən biri kimi diqqət çəkib.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
00:25 / 08.03.2026
Göyçaylı gəncdən Qadınlar Günü ilə bağlı diqqətçəkən ADDIM - VİDEO
Hazırda oxunan: Göyçaylı gəncdən Qadınlar Günü ilə bağlı diqqətçəkən ADDIM - VİDEO
Hazırda oxunan: Göyçaylı gəncdən Qadınlar Günü ilə bağlı diqqətçəkən ADDIM - VİDEO
600266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































