Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

600188

“Həcc ziyarəti üzrə kvota hələ ki, tamamlanmayıb”.

Bizim.Media xəbər verir ki, bu barədə “trend.az”ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə sənəd qəbulun vaxtının bitməsinə baxmayaraq qəbul davam etdirilir:

"Qarşı tərəflə danışıqlar aparılır. Artıq kvotanın 85 faizdən çoxu tamamlanıb. İlk uçuş isə mayın 17-də olacaq. İlk zəvvar qrupunda 180 nəfər olacaq. Hazırda baş verən gərginliklərlə bağlı heç bir dəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Qeydiyyat prosesi hələ ki, davam edir. Ziyarətdən imtina edənlər yoxdur, gündəlik müraciətlər qeydə alınır".
 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılmışdı.


Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin