Loğman Məmiyev yüksək vəzifətə TƏYİN OLUNDU

Hazırda oxunan: Loğman Məmiyev yüksək vəzifətə TƏYİN OLUNDU

600175

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.

Bizim.Media "Qaynarinfo.az"a istinadla xəbər verir ki, Loğman Məmiyev qurumun İdarə Heyətinin sədrinin müşaviri təyin edilib.

Bu barədə İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Xəbəri AAYDA-nın mətbuat xidmətindən təsdiqləyiblər.
 

Qeyd edək ki, Loğman Məmiyev "Binagadi Oil Company" şirkətində Kadrların idarəedilməsi və inzibati-ictimai fəaliyyət Departamentinin müdiri olub.


Xatırladaq ki, bu il fevral ayının 6-da Prezidentin sərəncamı ilə AAYDA-nın İdarə Heyətinin sədri təyin olunan Vüsal Nəsirli bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sabiq sədr müavini Zaur Kamal oğlu İbrahimovu özünə inzibati idarəetmə məsələləri üzrə məsləhətçi təyin etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin