Göygöldə yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə yanğın rayonun Qızılqaya adlanan qəsəbəsində qeydə alınıb.
Belə ki, Rafael Qasımova məxsus yaşayış evində baş verən yanğın zamanı qardaşı, 1950-ci təvəllüdlü Qasımov Zöhrab Əli oğlu yaxın ətrafların yanğın diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə aparılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göygöl və Gəncə yanğından mühafizə idarəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Onların köməkliyi ilə yanğın söndürülüb, alovun ətraf yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Şahidlərin sözlərinə görə yanğından əvvəl evin içində güclü partlayış olub.
Yanğının səbəbləri araşdırılır.







Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu





























































































