15 il həbs verilən gözdən əlil məhkumun cəzası AZALDILDI

Hazırda oxunan: 15 il həbs verilən gözdən əlil məhkumun cəzası AZALDILDI

600154

Lökbatanda tanışını qətlə yetirməkdə təqsirli bilinən, iki gözündən də əlil olan Qulu Abbasovun cəzası azaldılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Ali Məhkəmə belə qərar qəbul edib.
 

Məhkəmə kollegiyası məhkumun əməlini xüsusi amansızlıqla adam öldürmə maddəsindən daha yüngül olan qəsdən adam öldürmə maddəsinə tövsif edib. Yeni qərarla Q.Abbasovun cəzası 15 ildən 13 ilə endirilib.


Qeyd edək ki, 43 yaşlı məhkum qonşusu Xanlar Əmirovu bıçaqla qətlə yetirib. Məhkəmədə cinayətin qısqanclıq zəminində baş verdiyi bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin