Heydər Əliyev Sarayında dahi şair, yazıçı, dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunan “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olunub.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva iştirak edib.
Səhnə əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyev, ssenari müəllifləri Afaq Vasifqızı, Lalə Əliyevadır. Dahi şair Hüseyn Cavidin obrazına Xalq artisti Eyyub Yaqubov həyat verib.
Tamaşada Xalq artisti Mehriban Zəki, tanınmış musiqiçi Vaqif Əsədov, pianoçu-bəstəkar Gülsüm Eldarova, aktyorlar Elşən Əsgərov, Natiq Abdullayev, Oqtay Kazımov, Emil Bağırzadə və digərləri, həmçinin C.Cahangirov adına Xor kollektivi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri yer alıb.
Musiqili tamaşada dramaturqun həyat və yaradıcılığını əks etdirən təsirli səhnə fraqmentləri,
kövrək sevgi xətti, pyeslərdən parçalar, incə lirika nümunələr səsləndirilib. Xalq artisti Eyyub Yaqubovun ifa etdiyi mahnılar tamaşanın bədii-estetik dəyərini daha da artırıb.








Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:28 / 06.03.2026
Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO
Hazırda oxunan: Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO
Hazırda oxunan: Heydər Əliyev Sarayında “Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu - FOTO
600105
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































