Bakı və daha 3 bölgədə yaşıllıqlara 63 min manatdan çox ZİYAN VURULDU

Hazırda oxunan: Bakı və daha 3 bölgədə yaşıllıqlara 63 min manatdan çox ZİYAN VURULDU

600100

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Qax və Samux rayonlarının ərazisində yaşıllıqlara 63 min manatdan çox ziyan vurulduğu müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səbail rayonu Teymur Elçin küçəsi 8(36) ünvanında, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsində, Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində, Qax rayonu Kiçik Alatəmir və Samux rayonu Salahlı kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 63 170 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin