Göyçayda itkin düşən şəxs barəsində yeni təfərrüatlar məlum olub.
Bu barədə Bizim.Media-nın Aran bürosuna itkin düşən Ramil Abdullayevin dayısı Əfqan Rəhimov məlumat verib.
O bildirib ki, Ramil axşam saatlarında evdən çıxıb və mobil telefonu, pasportu və pensiya kartını evdə qoyub: “Evdən çıxmazdan əvvəl anasına pensiya kartının şifrəsini mesajla göndərib, “aşağıda siqaret çəkib gəlirəm” deyib və evdən çıxıb. Üzərindən bir saat keçdikdən sonra zəng edib yeməyə çağıranda məlum olub ki, mobil telefonu evdə qoyub. 3-4 saat gözləyiblər gəlməyib, səhər axtarışa başlayıblar”.
Ailə üzvlərinin axtarışları nəticə vermədikdə, mart ayının 4-də polisə məlumat verilib. Martın 5-də Ramilin atası Yuxarı Şirvan kanalının yaxınlığında oğlunun gödəkçəsini tapıb.
“Ondan sonra dalğıc-axtarış qrupu gəldi, 50-60 metr qabaqdan yun köynəyini sudan tapdılar. O zaman bildik ki, burada batıb. Axtarışlar davam edir, iki gündür Mingəçevirdən dalğıclar gəlib. Ramil evin əkiz oğullarından biri idi, subay olub”, - itkin düşən şəxsin dayısı bildirib.
Qeyd edək ki, hadisə mart ayının 3-də qeydə alınıb. Şəhər sakini 31 yaşlı Abdullayev Ramil Elşad oğlu evdən çıxıb və geri qayıtmayıb. Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları, eyni zamanda FHN-nin dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub. Hazırda FHN-nin əməkdaşları tərəfindən onun axtarışları davam etdirilir.


Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
19:15 / 06.03.2026
Göyçayda 31 yaşlı kişinin itkin düşməsi ilə bağlı TƏFƏRRÜATLAR - FOTO
Hazırda oxunan: Göyçayda 31 yaşlı kişinin itkin düşməsi ilə bağlı TƏFƏRRÜATLAR - FOTO
Hazırda oxunan: Göyçayda 31 yaşlı kişinin itkin düşməsi ilə bağlı TƏFƏRRÜATLAR - FOTO
600082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































