Füzulidə marketdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Hazırda oxunan: Füzulidə marketdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

600007

Füzuli şəhəri, H.Əliyev prospektində yerləşən "Səma" marketdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və rayon polis şöbəsinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı marketdə müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb.
 

İçkilərin orijinaldan fərqli doldurulduğu, başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixlərinin qeyd edilmədiyi, köhnə etiketin üzərindən yeni etiketin vurulduğu müəyyən edilib.


Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, məhsullar satışdan kənarlaşdırılıb.

Araşdırmalar davam etdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin