“Baş verən hadisələrə görə Həcc ziyarətinin təxirə salınması gözlənilmir”.
Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”ın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, həcc ziyarətinin tarixi sabit olur, dəyişmir:
“Gündəmdə müharibə ilə bağlı heç nə yoxdur, proses normal formada davam edir. Müharibə qeydiyyat prosesinə də təsir etməyib. Həcc ziyarətindən imtina edənlər qeydə alınmayıb, əksinə hər gün müraciət edənlər olur”.
Həcc ziyarətinə il uçuş tarixi məlum olub
Vüsal Cahangiri onu da bildirib ki, artıq kvotanın 85 faizdən çoxu tamamlanıb: “İlk uçuş 17 may tarixində olacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq”.
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.
Tələb olunan sənədlər:
1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2) Şəxsiyyət vəsiqəsinin surəti;
3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4) Sağlamlıq haqqında arayış.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:11 / 06.03.2026
Bu il Həcc ziyarəti təxirə salınacaq? – QMİ-dən AÇIQLAMA
Hazırda oxunan: Bu il Həcc ziyarəti təxirə salınacaq? – QMİ-dən AÇIQLAMA
Hazırda oxunan: Bu il Həcc ziyarəti təxirə salınacaq? – QMİ-dən AÇIQLAMA
599996
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































