Bakı metrosunun iş qrafikində dəyişiklik EDİLƏCƏK

Hazırda oxunan: Bakı metrosunun iş qrafikində dəyişiklik EDİLƏCƏK

599993

8 Mart – Beynəlxalq Qadınlar Günü və Əmək Məcəlləsinə əsasən 9 mart tarixinin qeyri-iş günü elan olunması ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

Bizim.Media xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC idarə heyətinin sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, metropoliten qeyd edilən hər iki qeyri-iş günündə gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək:

"28 May-Əhmədli" sahəsində gün ərzində qatarlararası intervala əsasən 2,5 dəqiqə təşkil edəcək. Martın 8-i və 9-da bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək. "Bənövşəyi" xətdə, həmçinin "Həzi Aslanov-Əhmədli" və "Cəfər Cabbarlı-Xətai" mənzillərində intervallar olduğu kimi saxlanılacaq. "Bakmil" istiqamətində və əksinə hərəkət edən sənişinlər martın 8-i və 9-da şənbə gününün qrafikindən istifadə edə bilərlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin