Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə HÖKM OXUNDU

Hazırda oxunan: Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə HÖKM OXUNDU

599983

Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev, Məmməd Şərifovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Hökmə əsasən, təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev 18 il, Tural Alıyev və Məmməd Şərifov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunub.

Onlara qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin