Naxçıvanlılar Türkiyədə belə qarşılandı - VİDEO

Hazırda oxunan: Naxçıvanlılar Türkiyədə belə qarşılandı - VİDEO

599980

AZAL-ın Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi Türkiyənin İğdır şəhərinə eniş edib.
 

MÖVZU İLƏ BAĞLI: 

AZAL Bakıdan İğdıra reyslər təşkil etdi - CƏDVƏL


Bizim.Media xəbər verir ki, türklər İranın dron hücumlarına görə Naxçıvan hava limanı bağlandıqdan sonra İğdıra enən AZAL-ın ilk reysini güllərlə qarşılayıblar. Gül-çiçəklə qarşılanan naxçıvanlılar ölkələrinə avtobusla yola düşüblər.

Qeyd edək ki, İranın dron hücumlarına görə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 mart 2026-cı il tarixinə planlaşdırılan bütün reyslər ləğv olunub.
 

Azərbaycan vətəndaşları üçün Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib.


Sərnişinlərin İğdır aeroportundan Naxçıvana və əks istiqamətə daşınması üçün xüsusi avtobuslar təşkil olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin