Azərbaycanlı tanınmış müğənni faciəli şəkildə həyatını itirdi – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanlı tanınmış müğənni faciəli şəkildə həyatını itirdi – FOTO/VİDEO

599967

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

"Məlumata görə, Daşkəsən rayon sakini, 1979-cu il təvəllüdlü Samir Əhməd oğlu Səmədovun idarə etdiyi MAN markalı 60-AC-426 dövlət nömrə nişanlı yük maşını "Lexus" markalı 77-GE-211 dövlət nömrə nişanlı avtomobili və onun yanında dayanmış sürücü - 1983-cü il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsovu vurub. Nəticədə Kamil Sərməsov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Kamil Sərməsov keçmiş ANS telekanalının məşhur layihələrindən olmuş "Toylar Kralı"nın finalçılarından idi.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin