Gəncədə böyük ticarət mərkəzlərindən birində yanğın qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin mərkəzi prospektlərindən birində yerləşən “Xəmsə Park” ticarət mərkəzinində ümumi sahəsi 250 kv.m olan köməkçi otaqda yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 4 texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Onların köməkliyi sayəsində yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alanlar haqqında heç bir məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
08:49 / 06.03.2026
"Xəmsə Park"da YANĞIN – FOTO
Hazırda oxunan: "Xəmsə Park"da YANĞIN – FOTO
Hazırda oxunan: "Xəmsə Park"da YANĞIN – FOTO
599961
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































