Bu gün Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişəq"dan Bizim.Media-ya verilən məlumata görə, martın 6-da Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 6 saylı hava xəttində təmir və xətt boyunca ağac budanması işləri həyata keçiriləcək.
"Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək şəhər ərazisində Heydər Əliyev prospekti, Paşa Təhməzov, Anar Mahmudov, Bala Məmməd, Məhəməd Əmin Rəsulzadə, Şirəli Axundov, Sahil küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq", - məlumatda qeyd olunur.
Məlumata görə, təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:39 / 06.03.2026
Saat 10.00-dan etibarən işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Hazırda oxunan: Saat 10.00-dan etibarən işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ
Hazırda oxunan: Saat 10.00-dan etibarən işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ
599959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































