Azərbaycanda bələdiyyə torpaqlarında ev tikmiş vətəndaşların çıxarış (kupça) ala bilməsi məsələsi tez-tez müzakirə olunur. Bir çox hallarda həmin torpaqlarla bağlı sənədlər tam rəsmiləşdirilmədiyi üçün vətəndaşlar mülkiyyət hüququnun qeydiyyatında çətinliklərlə üzləşirlər.
Bəs bələdiyyə torpaqlarında tikilmiş evlərə çıxarış almaq üçün hansı prosedurlar həyata keçirilməlidir?
Bizim.Media xəbər verir ki, əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, əgər həmin torpağın dövlət aktı vaxtilə ödənilibsə, vətəndaş aidiyyəti sənədlərlə birbaşa ASAN Xidmətə müraciət edərək torpağın mülkiyyət hüququnu əldə edə bilər.
“Əgər dövlət aktı ödənilməyibsə və sənədlərdə hər hansı uyğunsuzluq varsa, əvvəlcə bu sənədlər yoxlanılmalıdır. Bu zaman vaxtilə Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş sənədlərin uyğun olub-olmaması araşdırılır. Sənədlər uyğun hesab edilərsə, bələdiyyələrin strukturunda fəaliyyət göstərən müstəqil qiymətləndirmə şirkətləri prosesə cəlb olunur. Həmin şirkətlər torpağın qiymətləndirilməsini aparır və bundan sonra vətəndaş həmin torpaq sahəsinin alqı-satqısı prosesində iştirak edə bilir”, - deyə E.Azadov qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 06.03.2026
Bu evlərə də "kupça" verilir
Hazırda oxunan: Bu evlərə də "kupça" verilir
Hazırda oxunan: Bu evlərə də "kupça" verilir
599957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































