AZAL Bakıdan İğdıra reyslər təşkil etdi - CƏDVƏL

Hazırda oxunan: AZAL Bakıdan İğdıra reyslər təşkil etdi - CƏDVƏL

599937

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
 

Bildirilib ki, mövcud vəziyyət nəzərə alınaraq Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.


Sərnişinlərdən uçuşdan ən azı bir saat yarım əvvəldən aeroporta gəlmələri və üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrinin olması xahiş olunur.

Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.

Cədvələ əsasən, 6 mart 2026-cı il tarixinə planlaşdırılan reyslər aşağıdakı kimidir:
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin