Leyla Əliyeva və Arzu Əliyeva Pediatriya Mərkəzində - FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Arzu Əliyeva Pediatriya Mərkəzində - FOTO

599853

Leyla Əliyeva və Arzu Əliyeva martın 4-də “Referans Medical Group”un tərkibində fəaliyyət göstərən “Leyla Medical Center”in Pediatriya Mərkəzində olublar.

Bizim.Media xəbər verir ki, ziyarət zamanı qonaqlar Mərkəzin gündüz stasionarında müalicə alan uşaqlara baş çəkib, onların səhhəti və müalicə prosesi ilə maraqlanıblar.

Uşaqlarla səmimi söhbət edən Leyla Əliyeva və Arzu Əliyeva körpələrə müxtəlif hədiyyələr təqdim edib, onlara xoş anlar yaşadıblar.

Qeyd edək ki, Pediatriya Mərkəzində uşaqların sağlamlığının qorunması və müalicəsi istiqamətində müasir tibbi xidmətlər göstərilir, balaca pasiyentlərin rahat və təhlükəsiz mühitdə müalicə alması üçün bütün zəruri şərait yaradılıb.




























































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin