Bakı şəhəri, Ələkbər Eyvazov adına 275 nömrəli tam orta məktəbin şagirdinin sinif yoldaşı tərəfindən döyüldüyü iddia olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Oxu.az”a sözügedən məktəbin 7d sinfində oxuyan zərərçəkən şagird Ə.Ş-nin anası Aidə Şükürova məlumat verib.
O bildirib ki, övladı tualetdə sinif yoldaşı tərəfindən döyülüb:
"Övladımı Sabunçu rayonunda yerləşən xəstəxanaya aparmışam. Uşağımın bədənində müxtəlif yerlərdə göyərmələr var. Həmçinin qolu oynaqdan çıxıb. Axşam bizə yalandan yıxıldığını dedi. Atası həkimə apardı, evə gələndə sonra etiraf etdi ki, yıxılmayıb, onu sinif yoldaşı döyüb. Döyən uşaq oğlumun dostu olub. Zarafatlaşıblar, bundan sonra o, oğlumu tualetə salaraq döyüb. Uşağım ikinci növbədə oxuyur. Hadisə martın 2-si dərs vaxtı, saat 17 radələrində baş verib. Martın 3-ü direktora şikayətimi bildirmişəm.
Məktəbdə kamera var, amma deyirlər işləmir. Bunu direktordan kamera görüntülərini istəyəndə özü mənə deyib. 2 000 - 3 000 şagirdi olan məktəbin kamerası niyə işləmir? Direktor da hadisənin olduğunu təsdiq edib. Lakin elə reaksiya verir ki, sanki küçədə bir böcəyin başına nəsə iş gəlib. Uşaq döyülə də bilər, döyə də bilər, amma mən görüntüləri almaq istəyirəm.
Bəlkə mənim uşağımı üç gün sonra başqası yıxıb öldürəcək, kimə nəyi sübut edə biləcəm? Bəlkə günah mənim övladımdadır? Mən bunları bilmək istəyirəm".
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlanıb.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:23 / 05.03.2026
Bakıda məktəbli sinif yoldaşı tərəfindən döyüldü: Kamera niyə işləməyib? - İDDİA - FOTO
Hazırda oxunan: Bakıda məktəbli sinif yoldaşı tərəfindən döyüldü: Kamera niyə işləməyib? - İDDİA - FOTO
Hazırda oxunan: Bakıda məktəbli sinif yoldaşı tərəfindən döyüldü: Kamera niyə işləməyib? - İDDİA - FOTO
599807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































