Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı - Foto

Hazırda oxunan: Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı - Foto

599795

Gəncədə xarici şirkətlərdən birinin rəhbəri vəfat edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yaşayış massivindəki binalardan birində baş verib.  

Türkiyə Respublikasının vətəndaşı olan 1986-cı il təvəllüdlü Mustafa Karabelanın yaşadığı evdə meyiti tapılıb.
 

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin versiyaya görə, 40 yaşlı iş adamı ürək tutmasından dünyasını dəyişib. Mərhum Gəncə şəhərində avtomobil yollarının asfaltlanması işlərini həyata keçirən şirkətlərdən birinin Azərbaycandakı filialının rəhbəri olub.


Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin