Proses başladı: onlar vəzifədən azad edildilər – Nə baş verir?

Hazırda oxunan: Proses başladı: onlar vəzifədən azad edildilər – Nə baş verir?

599766

Son günlər ölkədə bir sıra İcra Hakimiyyətlərində aparılan struktur dəyişiklikləri və ixtisarlar müzakirələrə səbəb olub. Dövlət idarəetməsində optimallaşdırma prosesi səmərəliliyin artırılması məqsədi daşısa da, bu qərarlar nəticəsində bir çox əməkdaş işsizlər sırasına qoşulur.
Bəs işsiz qalanların aqibəti necə olacaq və onlar üçün hansı istiqamətlərdə yeni iş yerləri formalaşdırılmalıdır?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, hazırda bir çox qurumlarda ixtisar prosesi müşahidə olunur:
 

“İxtisarlar təkcə icra hakimiyyətlərini əhatə etmir. Büdcədən maliyyələşən müxtəlif təşkilatlarda, nazirliklərdə və digər dövlət qurumlarında da bu proses gedir və davam etməkdədir. Bu, əslində gözlənilən idi. Çünki ölkənin gəlirləri azaldıqca, büdcə xərclərinin optimallaşdırılması ilə bağlı öhdəliklər yaranır”.


İqtisadçı bununla bağlı təklif irəli sürüb:

“Mövcud vəziyyəti faciə kimi təqdim etməkdənsə, işsiz qalan şəxslərin kiçik və orta sahibkarlığa yönəlməsi üçün əlverişli mühit formalaşdırılmalıdır. Vergi yükünün azaldılması, kiçik sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi vacibdir. Bir çox hallarda bu addımlar kifayət qədər ciddi və müsbət nəticələr verə bilər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin