Növbəti 2 gün hava necə olacaq?

Hazırda oxunan: Növbəti 2 gün hava necə olacaq?

599704

Martın 5-i və 6-sı Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin ayın 5-i səhər bəzi şəhərətrafı ərazilərdə az çiskin olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O deyib ki, bölgələrdə arabir yağıntılı hava şəraiti davam edəcək, dağlıq ərazilərdə qar yağacaq, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var:

”Martın 5-i gündüz yağıntıların tədricən kəsiləcəyi, martın 6-da isə havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturu Aran rayonlarında 10-15, dağlıq ərazilərdə isə 0-5 dərəcə isti olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin