Bulvarda qazıntı işləri aparılacaq

Hazırda oxunan: Bulvarda qazıntı işləri aparılacaq

599680

Bakı şəhərində tullantı sularının təhlükəsiz şəkildə daşınması, mövcud kanalizasiya sisteminin təkmilləşdirilməsi və şəbəkələrin ötürücülük qabiliyyətinin artırılması işləri çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Sahil kollektorunun da yenilənməsi işləri həyata keçirilir.

Bu barədə Bizim.Media-ya Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.
 

Bildirilib ki, layihə çərçivəsində kollektorun Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində bir neçə nöqtədə qazıntı işlərinin aparılması nəzərdə tutulur. Qazıntı işləri bulvar ərazisində ziyarətçilərin hərəkətinə və Milli Parkın fəaliyyətinə maneə törətməyən nöqtələrdə aparılacaq.


Kollektor paytaxtın mərkəzində formalaşan tullantı sularının səmərəli idarə edilməsinə və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin