Məmura saxta mükafat verən “jurnalist” həbs edildi

Hazırda oxunan: Məmura saxta mükafat verən “jurnalist” həbs edildi

599674

Gədəbəy rayonunda Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis əvəzi Ruslan Mustafayevə bəzi qurumların adından saxta mükafat verən Fəqani Hüseynov həbs olunub.

Bizim.Media xəbər verir ki, Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barəsində 10 sutka həbs qərarı verilib.

Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkələrdə Fəqani Hüseynov adlı şəxs “Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanım”ın adından sözlərindən istifadə edərək Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə “fəxri diplom” təqdim etmişdi.

Görüntülər müzakirələrə səbəb olub. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin