“2025-ci ildə 11 558 nikahdankənar doğulmuş uşaq qeydiyyata alınıb”.
Bizim.Media xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən dinləmədə deyib.
O bildirib ki, əvvəlki illərlə müqayisədə bu say azalıb.
“Belə ki, 2022-ci ildə 18814, 2023-cü ildə 15622, 2024-cü ildə 13228 olub. Bu rəqəmin azalması da dövlət orqanlarının həmrəy formada fəaliyyət göstərməsi və məktəblərdə aparılan profilaktik tədbirlərin nəticəsidir”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:55 / 04.03.2026
Ötən il nikahdankənar doğulan uşaqların SAYI AÇIQLANDI
Hazırda oxunan: Ötən il nikahdankənar doğulan uşaqların SAYI AÇIQLANDI
Hazırda oxunan: Ötən il nikahdankənar doğulan uşaqların SAYI AÇIQLANDI
599663
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































