Ötən il neçə nəfər aliment ödəmədiyinə görə həbs olunub? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ötən il neçə nəfər aliment ödəmədiyinə görə həbs olunub? – RƏSMİ AÇIQLAMA

599655

“Aliment məsələləri ilə bağlı icraatda olan işlərin sayı ciddi şəkildə artıb və bu işlərin sayı son 5 il ərzində 10 minə yaxın artım qeydə alınıb. 2025-ci ildə icraatda 141 min aliment işi olub. Bununla belə aliment işlərinin icra edilməmə halları aşağı faiz təşkil edir. Aliment işlərinin icrasında yaranan çətinliklər bəzən müəyyən vəsaitlərin olmaması, iş yerlərinin olmaması ilə bağlıdır. Bundan əlavə, şəxslərin yaşayış yerlərini, iş yerlərini tez-tez dəyişməsi ilə bağlı hallar da olur”.

Bizim.Media xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən dinləmədə deyib.
 

“2025-ci ildə aliment ödəməkdən yayılan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Onlardan 3083 protokol üzrə məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq olunub. 2344 nəfər inzibati qaydada həbs edilib və aliment ödəməkdən yayınan şəxslər barəsində müəyyən cinayət hüquqi xarakter tədbirlər görülüb.


Bununla bağlı cinayət məsuliyyətinə cəlbedilmə haqqında 286 təqdimat verilmiş, 235 təqdimat barəsində cinayət işi başlanılıb”, - deyə nazir müavini qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin