Fevral ayında Bakı şəhərində ümumilikdə 9 124,9 kvadrat metr sahədə cari təmir işləri həyata keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Yanvar ayında bu göstərici 8 053,3 kvadrat metr təşkil edib. Beləliklə, fevral ayında aparılan təmir işlərinin həcmi əvvəlki ayla müqayisədə 13,3 % artıb və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Şəhər ərazisində hərəkətin rahat və təhlükəsiz olması üçün cari təmir tədbirləri mərhələli şəkildə davam etdirilir.
Bizim.Media






























































































