Tanınmış naşir və ictimai xadim Şəmil Sadiq “Kitabi-Dədə Qorqud” dastanının Vatikan nüsxəsinin Azərbaycanda ilk dəfə nəşr olunduğunu açıqlayıb.
Ş.Sadiq Bizim.Media-ya açıqlamasında bildirib ki, XVI əsrdə köçürülmüş və hazırda Vatikan Apostol Kitabxanasında qorunan nüsxə ilk dəfə əski əlifbadan müasir Azərbaycan əlifbasına çevrilərək oxuculara təqdim edilir.
“‘Kitabi-Dədə Qorqud’ dastanının Vatikan nüsxəsini ölkəmizdə ilk dəfə nəşr edən naşir kimi qürurluyam”, – deyə o vurğulayıb.
Qeyd edək ki, bir müqəddimə və altı boydan ibarət olan, “Hekayəti-Oğuz-nameyi-Qazan bəg və ğəyri” adı ilə tanınan bu nüsxə Oğuz igidlərinin qəhrəmanlığını, şərəfini, mərdliyini, sevgi və ailə dəyərlərini özündə əks etdirir.
Bizim.Media

































































































