Avtovağzalın zibilinə kim cavabdehdir?  – ARAŞDIRMA

Hazırda oxunan: Avtovağzalın zibilinə kim cavabdehdir?  – ARAŞDIRMA

5996

Bizim.Media-da xəbər vermişdik ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin bəzi hissələrində pandemiya günlərində zibillik baş alıb gedir. 

Oxucularımıza vəd etmişdik ki, məsələni araşdırıb, məlumatlandıracağıq. 

Bu, əsasən Masazır, Xırdalan, Sumqayıt və şimal istiqamətindəki digər şəhər-qəsəbələrdən paytaxta gələn sərnişinlərin rastlaşdığı acı mənzərədir. 

Həmin dayanacaqda içki şüşələri, siqaret kötükləri gözə dəyən ən sadə tullantılardır. Hamının da bildiyi kimi, pandemiyaya görə tətbiq olunan sərt karantin rejimi rayonlara gediş-gəlişi qadağan etdiyindən Avtovağzal öz işini müvəqqəti dayandırıb. 



Bu səbəbdən problemə görə cavabdeh qurumun axtarışlarını Bakı Nəqliyyat Agentliyindən başladıq. Agentliyin mətbuat katibi Mais Ağayev bildirdi ki, BNA dayanacaqlardakı zibilliyin toplanmasına baxmır və bu işlə Bakı Şəhər İcra Hakimiyyəti məşğuldur. 

“Şəhərdaxili avtobus dayanacaqlarının təmizliyi BŞİH-nin nəzarətindədir” deyən İsrafil Kərimov bizə açıqlamasında əlavə etdi ki, “Avtovağzalın ərazisindəki təmizliyə BŞİH baxmır.

Çünki onların ərazi dairəsində özlərinin zibil daşıyanları var. Hansı qurumun BŞİH ilə müqaviləsi varsa, onların ərazisindəki tullantılar təmizlənir”



Problemi araşdırdıqca, bunun BNA, BŞİH və AAYDA-ya aid məsələ olmadığını aydınlaşdırdıq və suallarımızı BBAK-nin mətbuat katibi Pərvin Məmmədovaya ünvanladıq:

MÖVZU İLƏ BAĞLI:

Pandemiya dövründə avtovağzalı zibillik basıb - PROBLEM


“Nəzərə alaq ki, Avtovağzal mart ayından bu yana işləmir. Bu isə, bir neçə gün ərzində toplanan zibillərdir, sadəcə küləkli hava şəraiti zibillərin ətrafa yayılmasına gətirib, çıxarır. Həm də əvvəllər, normal iş qrafikində tullantılar hər gün yığılırdısa, hazırki sərt karantin və virusun geniş yayıldığı zamanda insanları hər gün işə cəlb etmək qeyri-mümkündür”.



Avtovağzalın mətbuat katibi vurğuladı ki, fotolardakı zibillər bir neçə gün ərzində toplanmış, küləyin ətrafa dağıtdığı tullantılardır və yaxın zamanda təmizlənəcək. 

Qeyd edək ki, təqdim etdiyimiz fotolar bir neçə gün yox,  təxminən bir həftə əvvəl - dekabrın 18-i çəkilib.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin