Deputat: “Bakı ilə regionlar arasında inkişafda fərq olmalıdır”

Hazırda oxunan: Deputat: “Bakı ilə regionlar arasında inkişafda fərq olmalıdır”

599599

“Bədən tərbiyəsi və idman haqqında” Qanun qəbul olunub. Biz o qanuna istinad edərək fəaliyyət göstəririk. Hazırda bununla bağlı qanun layihəsi Gənclər və İdman Nazirliyi və Milli Məclisinin müvafiq şöbəsi tərəfindən hazırlanır.

Bizim.Media xəbər verir ki, bunu deputat, Azərbaycan Karate federasiyasının prezidenti Ülvi Quliyev Milli Məclisinin Gənclər və idman komitəsində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən görüşdə deyib.

O bildirib ki, bu qanunda qadın idmanının inkişafı, təhsildə idman və digər məsələlər əks olunmalıdır:

“İdmanın kütləviliyinin təmin olunması bu qanunda öz əksini tapmalıdır. Bakı ilə regionlar arasında inkişafda fərq olmalıdır. Bu da çox vacib məsələdir. Qadın idmanının inkişafı olduqca lazımlı məsələdir. Paraidmanın inkişafı, inklüziv proqramların olması labüddür ki, bütün həssas qruplara bu qanunda bərabər, ədalətli münasibət olsun. İdmanın bazası təhsildən, kütləvilikdən, gəlir. Bunlar da qanunda öz əksini tapmalıdır. İndi mövcud olan “Bədən tərbiyəsi və idman haqqında” qanun ola bilər ki, müəyyən normalar ilə uzlaşmır. Ona görə də gələcəkdə bu qanun burada müzakirə olunmalıdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin