Medianın İnkişafı Agentliyi (MEDİA) regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb.
Qurumdan Bizim.Media-ya daxil olan məlumatda bildirilib ki, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır.
Qeyd olunub ki, informasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib:
"Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır. Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq".

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:45 / 04.03.2026
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: “Bu məlumatlar tirajlanmamalıdır” - FOTO
Hazırda oxunan: MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: “Bu məlumatlar tirajlanmamalıdır” - FOTO
Hazırda oxunan: MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: “Bu məlumatlar tirajlanmamalıdır” - FOTO
599582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































