“Belavia” aviaşirkəti Dubaydan ilk təxliyə reysini reallaşdırıb. Fevralın 28-nə bileti olan sərnişinləri gətirən təyyarə martın 4-ü səhər saatlarında Minsk Milli Hava Limanına eniş edib.
Bizim.Media Belarusun “Belta” agentliyinə istinadla xəbər verir ki, “Boeing 737-800” tipli təyyarənin göyərtəsində 189 sərnişin olub.
Uçuş təhlükəsizlik məqsədilə riskli ərazilərdən yan keçərək, Aktauda yanacaqdoldurma dayanacağı etməklə icra olunub.
Bildirilib ki, martın 4-ü və 5-də daha bir neçə təxliyə uçuşunun keçirilməsi planlaşdırılır. Uçuşlar Belarus Xarici İşlər Nazirliyi, səfirliklər və tur operatorları ilə əməkdaşlıq çərçivəsində təhlükəsiz şəkildə həyata keçirilir.
Bizim.Media

































































































