Azərbaycanlı FIFA referisi Əliyar Ağayev çətin vəziyyətlə üzləşib.
Bizim.Media xəbər verir ki, referi Azərbaycana geri qayıda bilmir. Belə ki, o, hazırda Küveytdə qalmağa məcbur olub.
Azərbaycanın tanınmış futbol hakimi Küveyt kubokunun bir neçə oyununu idarə etmək üçün ora yollanmışdı. Bölgədə yaranmış hərbi gərginlik səbəbindən o, hazırda ölkəyə geri dönə bilmir.
ABŞ və İsrailin İrana raket hücumlarından sonra regionda hava məkanının təhlükəsizlik səbəbilə bağlanmasına gətirib çıxarıb. Nəticədə Küveytdə hava limanlarının fəaliyyəti məhdudlaşdırılıb və beynəlxalq uçuşlar dayandırılıb.
Bu səbəbdən Əliyar Ağayevin Bakıya dönüşü qeyri-müəyyən müddətə təxirə düşüb. Hazırda vəziyyətin nə vaxt normallaşacağı və uçuşların bərpa ediləcəyi dəqiq bilinmir. (Sportal.az)
Bizim.Media


































































































