Azərbaycanda 31 aptekdə nöqsan aşkarlandı

Hazırda oxunan: Azərbaycanda 31 aptekdə nöqsan aşkarlandı

599565

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında ümumilikdə 98 aptekdə yoxlama aparıb.

Bu barədə Bizim.Media-ya AEM-dən məlumat verilib.
 

Bildirilib ki, yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.


Keçirilən yoxlamaların 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati protokollar tərtib olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin