İlahə Həsənova qalmaqallı məktəbə direktor TƏYİN EDİLDİ

Hazırda oxunan: İlahə Həsənova qalmaqallı məktəbə direktor TƏYİN EDİLDİ

599552

İlahə Həsənova bu günlərdə tarixi ənənələri və son dövrlər qalmaqallarla yadda qalan Zaqatala rayon Şixəli Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu təyinata qədər yeni direktor Zaqatala rayon E.Osmanov adına Zəyəm kənd tam orta məktəbinə rəhbərlik edib.
 

Valideyn və rayonun təhsil sahəsində çalışan ziyalıları bu təyinatı təkcə yeni vəzifə deyil, həm də etimadın, zəhmətin və peşəkarlığın nəticəsi kimi qiymətləndirirlər. Valideynlər inanır ki, təhsil sahəsində çalışan hər bir rəhbərin əsas məqsədi savadlı, vətənpərvər və sağlam düşüncəli gənclər yetişdirməkdir.


Ən əsası da son illər direktorların gəlişi ilə müəllim və valideynlərin qalmaqalına çevrilən tarixi məktəb yenidən öz ənənəsinə qayıdacaq və təhsil uğurları ilə yadda qalacaq.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin