Tehranda evlərinin pəncərələrindən anti-hökumət şüarları səsləndirən və İranın ali dini lideri Əli Xameneinin ölümünə sevinc ifadə edən vətəndaşlara hökumət qüvvələri tərəfindən atəş açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Xatırladaq ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrandakı iqamətgahına endirdiyi hava zərbələri nəticəsində həlak olub. İranın dövlət KİV-ləri onun ölümünü rəsmi şəkildə təsdiqləyib.
Ekspertlər Assambleyası və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) birgə qərarla Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni ali lideri seçib.
Qeyd edək ki, yanvar ayında İranda keçirilən etiraz aksiyaları hökumət qüvvələri ilə toqquşmalara çevrilmişdi. Nəticədə etirazlar yatırılmış, minlərlə nümayişçinin həyatını itirdiyi bildirilmişdi.
Bizim.Media
































































































