Pensiya və stajla bağlı mühüm MƏLUMAT

Hazırda oxunan: Pensiya və stajla bağlı mühüm MƏLUMAT

599530

Əgər şəxsin 7 il dövlət qulluğu stajı varsa, bu müddət ümumi əmək stajına əlavə olunur və pensiya hesablanarkən nəzərə alınır. Lakin dövlət qulluqçusu kimi xüsusi pensiya hüququnun yaranması üçün əlavə şərtlər mövcuddur.

Bizim.Media “oxu24.com”a istinadla xəbər verir ki, 1 iyul 2017-ci ilə qədər qüvvədə olan qanunvericiliyə əsasən, şəxsə dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması üçün minimum 5 il dövlət qulluğu stajı tələb olunurdu. 

1 iyul 2017-ci ildən sonra isə bu müddət artırılaraq minimum 15 il müəyyən edilib.

Bundan əlavə, dövlət qulluqçusu kimi pensiya almaq istəyən şəxsin 65 yaşı tamam olmalıdır. Çünki dövlət qulluğunda son yaş həddi 65 yaş hesab olunur.

Beləliklə, 7 illik staj ümumi pensiya hesablanmasında nəzərə alınsa da, mövcud qanunvericiliyə görə dövlət qulluqçusu kimi xüsusi pensiya almaq üçün kifayət etmir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin