Şəhidin özünə qismət olmayan evində ilk məclis  - FOTO

Hazırda oxunan: Şəhidin özünə qismət olmayan evində ilk məclis  - FOTO

59952

Qubanın Vətən Müharibəsində öz igidliyi ilə tarixə düşən igidlərindən olan şəhid Elməddin Telman oğlu Abdullayevin doğum günü  doğulduğu Qam-qam kəndində qeyd edilib. 

Bizim.Media xəbər verir ki, əvvəlcə şəhidi xatırlamağa gələn yerli qurumların, ictimai birliklərin nümayəndələri, döyüşçü dostları, ziyalılar və kənd sakinləri onun Rustov kənd qəbristanlığındakı məzarını ziyarət edib, məzarı önünə tər güllər düzüblər.

Şəhidin məzarı başında onun Vətən Mühsribəsində göstərdiyi igidlikdən ətraflı danışılıb.

Bildirilib ki, müharibə başlayanda  Elməddin Abdullayev Suqovuşan-Talış istiqamətində gedən döyüşlərə qatılıb, tərxis olunmağına bir gün qalmış həmin istiqamətdə şəhid olub. 

Döyüşçü dostları onun Vətən savaşına böyük həvəslə qoşulduğundan  danışaraq Qarabağın Ali Baş Komandan İlham Əliyevin başladığı hərbi əməlliyyat nəticəsində məhz belə qorxmaz oğulların sayəsində azad edildiyinu deyiblər.

Şəhid Elməddinin valideynləri Telman və Tahirə Abdullayevlər oğul itkisi ağır dərd olsa da onun Vətənin müdafiəsi zamanı şəhid olmasından qürur duyduqlarını bildiriblər.

Sonra şəhidin doğum günü Qam-qam kəndində ailəsinin onun adına özülü qoyulmuş evində davam edilib.

Evin inşası Elməddin hərbi xidmətdən qayıtdıqdan sonra davam etdiriləcəkmiş. Elməddin şəhid olandan sonra ailə həmin evin yarımçıq qalmasına razı olmayıb.

Əsasən YAŞAT Fondunun köməyilə və yerli İH-nin dəstəyilə  şəhidin ailəsi Elməddinin yarımçıq qalmış evinin tikintisini başa çatdırıb.Yeni evdə şəhidin doğum günü qeyd edilib.

İştirakçılar burada şəhidin xatirə guşələrinə baxış keçirib, ruhunu yad ediblər.

Xatırladaq ki, şəhid Elməddin Abdullayev subay olub. Qam-qam kəndində doğulduğu evin yerləşdiyi küçə də onun adını daşıyır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin