Əcnəbilərlə evlilik - Kişiyə olar, qadına olmaz?

Hazırda oxunan: Əcnəbilərlə evlilik - Kişiyə olar, qadına olmaz?

599473

Əvvəllər əcnəbilərlə evlilik deyəndə insanların ağlına ilk gələn rus qadınları olurdu. Şimal qonşumuzun sarışın gözəlləri regionun və dünyanın hər tərəfinə “səpələnib” yerli kişilərlə nikaha girirdilər. Amma son illərdə azərbaycanlı qadınlar əcnəbilərlə evlilik məsələsində slavyan həmcinslərindən geri qalmırlar.  

Rəsmi statistik məlumatlara görə, təkcə 2025-ci ilin 9 ayında Azərbaycanda ümumilikdə 1570 nikah əcnəbi şəxslərlə rəsmi qeyd edilib. Bunlardan 712-i əcnəbilərlə ailə quran Azərbaycan qadınlarıdır. O da məlum olub ki, Azərbaycan qadınları daha çox Türkiyə, Ərəb ölkələri, İran, Pakistandan olan kişilərə ərə gedirlər. Kişilərimiz isə ənənələrinə sadiq qalırlar. Yəni rus, ukraynalı, gürcü qızlarına üstünlük verirlər.

Bəs niyə kişilərimiz hər millətdən olan qadınları xoşbəxt etməyə hazır olduqları halda qadınlarımız daha çox müsəlman kişilərinə üstünlük verirlər?

Sosioloq Ülvi Tağıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, burada əsas məsələ dini çərçivə və sosial qınaqdır:

“İslam dininə görə müsəlman qadının qeyri-müsəlman kişi ilə nikahı qadağandır, müsəlman kişinin isə “Kitab əhli” qadınla, yəni xristian, yəhudi ilə evlənməsinə icazə verilir. Bu norma orta əsrlər Ərəbistanının sosial quruluşu fonunda formalaşıb. O dövrdə ailə başçılığı, uşağın dini kimliyi və hüquqi statusu ataya bağlı idi. Bu gün cəmiyyət hələ də ailə modelində kişini dominant tərəf kimi görür. Yəni günümüzdə sırf din yox, patriarxal sosial struktur da rol oynayır. Azərbaycan dünyəvi dövlət olsa da, cəmiyyətin böyük hissəsi müsəlmandır. Ailə qurarkən valideyn razılığı, dini uyğunluq və gələcək uşaqların dini tərbiyəsi kimi amillər qadınlar üçün seçimdən çox, sosial təzyiqlə qərar verilir”.  

Sosioloq deyir ki, burda digər səbəblərdən biri də güc üstünlüyüdür, yəni ailə rəisi kimdirsə, ailənin dini də milləti də odur.

“Dini qaydalar hər iki cins üçün keçərlidir, sadəcə onun icrası qadınlar üzərində daha sərt işləyir. Bu isə artıq dini qaydadan çox, sosial qaydalara çevrilir. Hüquqi olaraq Azərbaycan qadını istədiyi dinə mənsub şəxslə evlənə bilər. Amma praktikada belə deyil”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin