Bu şəxslərin maaşı 50 % ARTIRILDI – QƏRAR

Hazırda oxunan: Bu şəxslərin maaşı 50 % ARTIRILDI – QƏRAR

599466

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxs üçün nağd qaydada ödənilən məbləğin yuxarı həddi artırılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.

Belə ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi 30 manat məbləğində müəyyən edilib.

Məlumat üçün bildirək ki, bu məbləğ daha əvvəl 20 manat idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin