Xəbər verdiyimiz kimi, bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Yeni hakim təyin olunanlar arasında Camalov Əli Elmar oğlu da var. O, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə hakim təyin olunub.
Bizim.Media Oxu24.com-a istinadla xəbər verir ki, Əli Camalov Baş prokurorun müavini Elmar Camalovun oğludur.
Alman, İngilis, Rus dillərini bilir.
O, 2013-2017 - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (bakalavr), 2017-2018-ci illərdə isə Münhen Lüdviq Maksimillian Univeristetində (magistr, L.L.M.) təhsil alıb.
Əli Camalov cinayət hüququ, kommersiya hüququ, müqavilələr hüququ, vergi hüququ, əqli mülkiyyət hüququ sahəsində ixtisaslaşmış vəkil kimi fəaliyyət göstərib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:57 / 03.03.2026
Prezidentin yüksək vəzifəyə təyin etdiyi gənc KİMİN OĞLUDUR? – DOSYE
Hazırda oxunan: Prezidentin yüksək vəzifəyə təyin etdiyi gənc KİMİN OĞLUDUR? – DOSYE
Hazırda oxunan: Prezidentin yüksək vəzifəyə təyin etdiyi gənc KİMİN OĞLUDUR? – DOSYE
599455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































